Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ÖLKƏMİZDƏ BÜTÜN SAHƏLƏRİN İNKİŞAFINA DİQQƏTLƏ YANAŞILIR

0

  •       Azərbaycan dünyanın bir parçası olaraq dünyada gedən proseslərdən kənarda qala bilməz. Dünyanı bürüyən pandemiyadan sonra yaranmış iqtisadi böhran ölkəmizə də təsirsiz ötüşməmişdir. Ancaq Azərbaycan təkcə pandemiya və iqtisadi böhranla deyil, həm də 30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni faşistləri ilə də mübarizə aparmışdır. Azərbaycan 2020 - ci ilin sentyabrın 27 - də əks hücum həmləsi ilə başlatdığı Vətən müharibəsini cəmi 44 gün ərzində öz xeyrinə həll edərək düşməni məğlub etdi və mənfur düşməni ölkə ərazisindən qovub çıxartdı. Ordumuzun qarşısında tab gətirə bilməyən düşmən, kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Postmüharibə dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və birbaşa iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq - bərpa işlərinə başlanıldı. Qısa zaman kəsiyində böyük​ infrastruktur layihələri həyata keçirilməyə başlandı. Paralel olaraq Böyük Qayıdışın başlanması üçün yaşayış məntəqələri də layhələndirildi. Zəngilan rayonu ərazisində Ağalı kənd sakinləri üçün evlər inşa edildi və hal - hazırda kəndin keçmiş sakinləri həmin evlərdə yaşamağa başlayınlar. Əhalinin digər yaşayış məntəqələrinə köçürülməsi üçün əməli işlər görülür. Ancaq ölkədə aparılan işlər yalnız bunlarla yekunlaşmır, iqtisadiyyatın başqa sahələrinin də inkişaf etdirilməsi üçün çox ciddi işlər görülür. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 10 yanvar 2023 - cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin ykunları ilə bağlı yerli telekanallara müsahibə vermişdir. Ölkə Başçısı ilkin olaraq ötən ilin yekunları barədə jurnalistlərin suallarını cavablanmışdır. Azərbaycan Prezidenti qeyd etmişdir ki, ümumilikdə 2022 - ci ildə qarşıya qoyulmuş bütün məsələlər öz müsbət həllini tapmışdır və ötən ili ölkəmiz üçün uğurlu il hesab etmək olar. O, vurğulamışdır ki, həm ötən il, həm də yeni başlanmış 2023 - cü il bizim üçün ən böyük prioritet məsələ Qarabağın və Şərqi Zəngəzurun bərpası, ordunun gücləndirilməsidir. Hesab edirəm ki, bu işlər uzun müddət davam etdiriləcəkdir. Çünki, qeyd olunan məsələlərin həlli taleyüklü məsələlərdir və zamanın tələbidir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ölkə Başçısı müsahibəsində onu da vurğulamışdır ki, biz bütün sahələrdə inkişafa diqqətlə yanaşırıq. Ölkəmiz sosial dövlət olduğundan, əhalinin maddi rifaha halının yaxşılaşdırılması da bizim üçün önəmli məsələlərdən biridir. Dünyadakı iqtisadi böhranla əlaqədar gündəlik təlabat mallarında, eləcədə xidmətlərdə çox ciddi bahalıq müşahidə edilir. Bu da infilyasiyanın artmasına, nəticədə əhalininin maddi vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Bunları nəərə laraq mən bu yaxınlarda əhalinin böyük bir hissəsini əhatə edən geniş bir sosial paket haqqında fərman imzalamışam. Fərmana əsasən həm minimum pensyalar, həm də minimum əmək haqqı 15 faiz artırılıb. Bu yetərlidirmi, əlbəttə yetərli deyil. Ancaq bahalaşma fonunda əhalinin maddi rifah halının yaxşılaşmasına xeyli kömək edəcəkdir və gələcəkdə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Müsahibə zamanı Azərbaycan Prezidenti ölkəmizin Cənubi Qafqazdakı​ mövqeyindən, burada söz sahibi olmasından gniş söhbət açdı. O, enerji daşıyıcılarının Avropaya nəql edilməsində də ölkəmizin çox böyük güə malik olduğunu da vurğuladı. Prezident qeyd etdi ki, artıq müharibədən sonrakı dövrdə dünya ölkələri Azərbaycanı etibarlı tərəfdaş ölkə kimi qəbul edirlər. Butün bunları nəzərə alsaq, görərik ki, 2022 - ci ildə olduğu kimi 2023 - cü il də Azərbaycan üçün uğurlu il olacaqdır.​ ​ ​ ​Eldəniz Məhərrəmov,​ ​Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib53 dəfə
    ÖLKƏMİZDƏ BÜTÜN SAHƏLƏRİN İNKİŞAFINA DİQQƏTLƏ YANAŞILIR

    Maraqlı gələ bilər
    0
    109
    51
    48